Bakıda «Kiçik sahibkarlığın inkişaf yolları: II Bakı Konfransı» keçirilib

Bakıda «Kiçik sahibkarlığın inkişaf yolları: II Bakı Konfransı» keçirilib
# 14 iyul 2010 10:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun təşkilatçılığı ilə «Kiçik sahibkarlığın inkişaf yolları: II Bakı Konfransı» keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbiri giriş sözü ilə açan Fondun sədri Sabit Bağırov sahibkarlıq fəaliyyəti, o cümlədən ölkədə bu sektorun inkişaf dinamikasından danışıb.

Millət vəkili Əli Məsimli Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının hüquqi bazasının təkmilləşdirilməsi mövzusunda geniş təqdimatla çıxış edib. Onun sözlərinə görə, Azərbaycanda 14 minə yaxın kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan müəssisələrin ÜDM-də xüsusi çəkisi 5% təşkil edib.

«Bu göstərici qənaətbəxş deyil. Bunu üçün sahibkarlıq fəaliyyət ilə bağlı qanunvericilikdə təkmilləşməyə ehtiyac var. Ümumiyyətlə, Azərbaycanda bir sıra qanunlara əlavə və dəyişiklər edilib. Təkmilləşdirilməyən qanunlar isə yeni qanunlarla ziddiyyət təşkil edir. Bu səbəbdən Azərbaycanda kiçik və orta sahibkarlıqla bağlı yeni qanunlar qəbul edilməlidir», - deyə Ə.Məsimli bildirib.

Daha sonra millət vəkili Nazim Məmmədov Azərbaycanda sahibkarlığın inkişafı vəziyyəti mövzusunda geniş çıxış edib. N.Məmmədov kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan bəzi müəssisələrin problemlərlə üzləşdiyini, həmçinin bu problemlərin aradan qaldırılması istiqamətində hökumət tərəfindən müvafiq addımların atıldığını vurğulayıb.

Qeyd edək ki, tədbirdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması və bu sahədə mövcud vəziyyət, həmçinin biznes assosiasiyalarının rolu mövzuları da müzakirə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR