Asiya İnkişaf Bankı yoxsul ölkələrə yardımı 70%-dək artıracaq

Asiya İnkişaf Bankı yoxsul ölkələrə yardımı 70%-dək artıracaq
# 02 may 2015 09:00 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Asiya İnkişaf Bankı (AİB) yoxsul ölkələrə yardımı 70%-ə qədər artacaq.

APA-Economics””in xəbərinə görə, bunu AİB-in prezidenti Takehiko Nakao bankın 48-ci İllik Toplantısında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, AİB-in Direktorlar Şurası Asiya İnkişaf Fondunun kredit əməliyyatlarını Adi Kapital Resurslarının balans hesabatı ilə birləşdirilməsi üzrə mühüm bir təşəbbüsü təsdiq edib. Bu, AİB-in illik ümumi kredit və qrant layihələri üzrə büdcəsini 20 mlrd. dollara, yəni hazırkı səviyyənin 50%-i həcmində artırılması üçün şərait yaradacaq.

"Bu təşəbbüsü uğur kimi qiymətləndirmək olar. Belə ki, bu islahat az gəlirli üzv ölkələr üçün maliyyə dəstəyinin artıracaq, orta gəlirli ölkələrdə əməliyyatları və özəl sektor layihələrini artıracaq və AİF donorlarının yükünü azaldacaq”, - deyə T. Nakao qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR