Bakı-APA. “Əl-Qaidə” terror qruplaşmasının Yəməndəki qolu Əl-Mukalla şəhərində baş vermiş partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, iyulun 18-də Əl-Mukalla şəhərində nəzarət-keçid məntəqəsi yaxınlığında iki minalanmış avtomobil partladılıb.
Terrorçu-kamikadzelər tərəfindən törədilən partlayışlar nəticəsində 10 nəfər ölüb.