Paşha Bank
Bank Of Baku

“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb

Rafael Leao

© APA | Rafael Leao

# 08 noyabr 2026 13:59 (UTC +04:00)

“Qalatasaray”ın portuqaliyalı hücumçusu Rafael Leaonun zədəsinin vəziyyətinə aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Türkiyə Super Liqasının XI turunda “Amedspor”la keçirilən qarşılaşmada zədələnərək meydanı tərk edən futbolçu tibbi müayinədən keçib.

Maqnit-rezonans tomoqrafiyasının (MRT) nəticəsində Leaonun sağ budunun arxa əzələ qrupunda yüksək dərəcəli dartılma və qanaxma aşkarlanıb.

Klubun açıqlamasına əsasən, portuqaliyalı futbolçunun müalicəsinə başlanılıb.

Qeyd edək ki, 27 yaşlı hücumçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR