“Barselona”nın braziliyalı vingeri Rafinya mövsümün ilk 8 oyununda vurulan qolların sayına görə klub rekordunu yeniləyib.
APA xəbər verir ki, sentyabrın 19-da “Barselona” İspaniya çempionatının VII turunda səfərdə “Sevilya”nı 3:1 hesabı ilə məğlub edib. Rafinya qarşılaşmada het-trikə imza atıb.
29 yaşlı futbolçu bütün turnirlər nəzərə alınmaqla mövsümün ilk 8 matçında 14 qol vurub. Bununla o, 1948/49 mövsümünün ilk 8 oyununda 13 dəfə fərqlənən “Barselona”nın sabiq hücumçusu Sezar Rodrigesin göstəricisini geridə qoyub.
Rafinya La Liqanın ilk 7 turunda isə 12 qol vurub. “Barselona”nın rəsmi saytı da braziliyalının “Sevilya” ilə görüşdən sonra çempionatdakı qol sayının 12-yə çatdığını təsdiqləyib.
İspaniya çempionatı tarixində ilk 7 turda bundan daha çox qol vuran yalnız Esteban Eçevarriya – 1943/44 mövsümündə 14 qol və Kriştianu Ronaldu – 2014/15 mövsümündə 13 qol olub.
Rafinya 2022-ci ildən “Barselona”da çıxış edir. O, Kataloniya klubunun heyətində üç dəfə İspaniya çempionu, üç dəfə ölkə Superkubokunun və bir dəfə İspaniya Kubokunun qalibi olub.