İranlı nazir: “Azərbaycana ixrac edilən elektrik enerjisinin həcmini artırmağa hazırıq”

İranlı nazir: “Azərbaycana ixrac edilən elektrik enerjisinin həcmini artırmağa hazırıq”
# 26 yanvar 2013 14:07 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “İran Azərbaycan Respublikasına ixrac etdiyi elektrik enerjisinin həcmini artırmağa hazırdır”. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu İranın energetika naziri Məcid Namcu deyib. O bildirib ki, İran ötən il qonşu ölkələrə, o cümlədən Azərbaycan, Türkiyə, İraq, Pakistan və Əfqanıstana 8.6 milyard kilovatt/saat elektrik enerjisi ixrac edib: “Azərbaycan hökuməti istəsə, İran bu ölkəyə ixrac etdiyi elektrik enerjisinin həcmini artırmağa hazırdır və bunun üçün lazımi imkanlar mövcuddur”.

M. Namcu əlavə edib ki, Azərbaycan rəsmilərinin Araz çayı üzərində “Xudafərin” su bəndinin tikilməsi ilə bağlı narazılıqları beynəlxalq qanunlara və konvensiyalara ziddir: “Xudafərin su bəndini keçmiş Sovetlər Birliyi ilə imzalanmış son dərəcə vacib razılaşma sənədinə əsasən tikmişik. İranın bu addımı tamamilə qanunidir. Keçmiş Sovetlər Birliyindən ayrılan bəzi ölkələr əvvəlki müqavilələrə zidd tələblər irəli sürürlər. Onlar əlavə pay tələb edirlər ki, bu da qəbuledilməz və qeyri-qanunidir. Beynəlxalq qanunlara əsasən keçmiş Sovetlər Birliyinin varisləri imzalanmış müqavilələrə hörmət etməlidirlər. Həmin müqavilələr çərçivəsində istənilən müzakirələr aparıla bilər. Biz razılaşmalara uyğun əməl edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR