Şəmkirdə "Toyota" markalı minik avtomobili yol qəzası nəticəsində yanıb

Şəmkirdə  "Toyota" markalı minik avtomobili  yol qəzası nəticəsində yanıb
# 12 oktyabr 2014 05:06 (UTC +04:00)

Bakı-APA. Şəmkirdə yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, ötən gecə sahibləri məlum olmayan "Toyota" markalı minik avtomobili ilə "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib. Yanğın nəticəsində "Toyota" markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR