Zaqatalada yol qəzasında 2 nəfər xəsarət alıb - VİDEO

Zaqatalada yol qəzasında 2 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 31 iyul 2014 17:27 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Zaqatala-Muğanlı yolunun Muğanlı kəndi ərazisindən keçən ərazisində qeydə alınıb.

1992-ci il təvəllüdlü Muğanlı kənd sakini Allahverdi Məhəmməd oğlu Məmmədəliyev idarə etdiyi “BMW” markalı "62 BG 990" dövlət nömrə nişanlı avtomobillə Zaqataladan Muğanlı kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı qoz ağacına çırpıb.

Baş vermiş qəza nəticəsində xəsarət alan sürücü Allahverdi Məmmədəliyev və avtomobildə olan sərnişin, sürücünün həmkəndlisi, 1994-cü il təvəllüdlü Şahin Qüdrət oğlu Mehrəliyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Zaqatala RMX-dan verilən məlumata görə, qəza nəticəsində xəsarət alan Şahin Mehrəliyevə qapalı kəllə-beyin travması, döş qəfəsinin və qarın boşluğunun ağır əziyi diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir. Hazırda onun vəziyyəti ağır qiymətləndirilir.

Digər xəsarət alan Allahverdi Məmmədəliyev xəstəxananın travmatoligiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta stabil hesab olunur. Faktla bağlı Zaqatala RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR