Türkiyə Super Liqasında I tur davam edir.
Apasport.az xəbər verir ki, bu gün daha bir nəhəng xal itirib.
"Fənərbaxça" səfərdə "Gençlerbirliyi" ilə bacarmayıb.
Oyunda hesab erkən açılıb. Talişka "sarı-lacivərdlilər"i önə keçirib. Lakin hissənin sonlarında Franko Tonqya hesabı bərabərləşdirib.
İkinci yarı qarşılıqlı hücumlar şəraitində keçib. Oğulcan Ülgün vurduğu qolla meydan sahiblərinə qələbə qazandırıb - 2:1.
Qeyd edək ki, tura avqustun 17-də yekun vurulacaq.