Paşha Bank
Bank Of Baku

U-15 dünya çempionatı: Yığmamız Avstraliya millisinə uduzub

U-15 dünya çempionatı: Yığmamız Avstraliya millisinə uduzub
# 25 oktyabr 2026 20:27 (UTC +04:00)

Bakıda təşkil olunan FIFA U-15 Dünya Kuboku və Festivalında Azərbaycan millisi bu gün ikinci oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi komanda Avstraliya yığması ilə üz-üzə gəlib.

Hövsan Yarış Kompleksində keçirilən qarşılaşma saat 19:30-da başlayıb.

Yığma rəqibinə 1:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk oyununda Şərqi Timoru 6:0, ikinci matçında isə Andorranı 1:0 hesabı ilə məğlub edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR