Gəncə şəhər sakini yanıb

Gəncə şəhər sakini yanıb
# 10 dekabr 2014 10:48 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə sakini benzinin alışması nəticəsində yanıb.

APA-nın qərb bürosunun məlumatına görə, şəhər sakini, 1975-ci il təvəllüdlü Xəqani Quliyev başın, boyunun, yuxarı ətrafların 2-3 dərəcəli yanığı diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

X. Quliyevin yaxınları bildiriblər ki, o ağzında siqaret qabda benzin aparan zaman yıxılıb və dağılan benzin alışıb.

Xəstəxanadan yanan şəxsin vəziyyətinin orta-ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR