Ronald Reyqanın oğlu Azərbaycana gələcək

Ronald Reyqanın oğlu Azərbaycana gələcək
# 17 aprel 2013 07:06 (UTC +04:00)

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, panel iclasda ABŞ prezidenti Corc Buşun nəvəsi Corc P. Buş, Robert F. Kennedinin oğlu Con Kennedi II, BMT Baş Katibinin xüsusi müşaviri, xanım Nafis Sadik, Böyük Britaniya Kral Akademiyasının ilk və yeganə qadın rəhbəri Baronessa Suzan Qrinfild və Dünya Azərbaycan Gənclər Birliyinin sədri Ramin Məmmədov çıxış edəcəklər.

Panel iclasın moderatorluğunu Dünya Bankının sabiq 1-ci vitse prezidenti İsmayıl Seragəldin edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə reallaşdırdığı Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-ə yaxın beynəlxalq mütəxəssisi, 50-dən çox sabiq ölkə və hökumət başçısını bir araya toplayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR