“AMAY” ticarət mərkəzinin həbsdəki rəhbəri Abdulla Abdullayevin məhkəməsi davam etdirilib

“AMAY” ticarət mərkəzinin həbsdəki rəhbəri Abdulla Abdullayevin məhkəməsi davam etdirilib
# 19 fevral 2015 13:14 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Abdulla Abdullayev çıxış edərək özünü təqsirli bilmədiyini deyib: “25 il əziyyət çəkdim, sonra adımı dələduz qoydular. Kim məndə dələduzluq əməli görüb?”

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan olunub.

Təqsirləndirilən şəxslərin ittiham aktına münasibəti öyrənilib. Onlar akt üzrə özlərini təqsirli bilmədiklərini deyiblər.

Proses fevralın 26-dək təxirə salınıb.

Qeyd edək ki, Abdulla Abdullayev və digərləri Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR