Bakıda İran prezidenti və Türkiyənin baş naziri arasında təkbətək görüş keçirilib

Bakıda İran prezidenti və Türkiyənin baş naziri arasında təkbətək görüş keçirilib
# 16 oktyabr 2012 11:55 (UTC +04:00)
APA-nın məlumatına görə, görüş əvvəlcədən planlaşdırılmadan baş tutub. İki lider arasında 40 dəqiqə çəkən görüşün detalları barədə ətraflı məlumat verilməyib. Ancaq görüşün baş tutmasına iki səbəb göstərilib. Birincisi, İran böyük bir jest edərək Şipali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə bağlı vetosunu geri götürüb və bununla da ŞKTC İƏT-də müşahidəçi statusu alacaq. İkincisi, Əhmədinejad Ərdoğandan əvvəl etdiyi çıxışında Türkiyəyə təşəkkürünü bildirib və beləliklə görüş üçün siqnal verib. Bunun ardından Türkiyənin baş naziri çıxış edib və daha sonra iki lider bir araya gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR