Bidzina İvanişvili: «Münaqişələrin həlli Gürcüstanın xarici siyasətinin ən vacib komponentlərindəndir»

Bidzina İvanişvili: «Münaqişələrin həlli Gürcüstanın xarici siyasətinin ən vacib komponentlərindəndir»
# 25 oktyabr 2012 15:37 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə - APA. «Gürcüstanın balanslaşdırılmış regional siyasəti Qafqazın maraqlarının birləşdirilməsi funksiyasını əldə etməlidir. Ən vacibi odur ki, qonşu ölkələr olan Ermənistan, Azərbaycan və Türkiyə ilə siyasi və iqtisadi münasibətlər dərinləşdirilsin». APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Bidzina İvanişvili bu gün parlamentdəki çıxışında bildirib.

B.İvanişvili çıxışında eyni zamanda münaqişələrin həlli məsələsinə toxunub: «Bu, məsələ hökumətin xarici əməkdaşlıq siyasətində ən vacib komponentlərdəndir. Demokratik institutların gücləndirilməsi və vətəndaş cəmiyyətinin köməyi münaqişələrin həlli prosesinə uğur gətirir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR