Oğuzda narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olan iki şəxs həbs edilib

Oğuzda narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olan iki şəxs həbs edilib
# 27 fevral 2012 08:04 (UTC +04:00)
Oğuz. Vüqar Heydərov - APA. Azərbaycanın Oğuz rayonunda narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olan iki nəfər həbs edilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Oğuz rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Oğuz RPŞ-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib. Keçirilmiş tədbir nəticəsində 1987-ci il təvəllüdlü, Bakı şəhər sakini Şabanov Rəşad Bəxtiyar oğlu və 1982-ci il təvəllüdlü, Şəki rayon sakini Abdurahmanov Bəxtiyar Əhmədi-Muxtar oğlu Oğuz rayonu ərazisində şübhəli şəxs qismində saxlanılıblar. Onların üzərinə baxış keçirilən zaman, Rəşad Şabanovdan 1,6 qram ağır narkotik vasitə hesab edilən heroin və 16,87 qram qurudulmuş marixuana, Baxtiyar Abdurahmanovdan isə 66,16 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib, istintaq aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR