Azərbaycan paytaxtına iri yük avtomobillərinin girişi qadağan ediləcək

Azərbaycan paytaxtına iri yük avtomobillərinin girişi qadağan ediləcək
# 23 oktyabr 2012 14:02 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyindən bildirilib.

Nazirlikdə qeyd ediblər ki, bu addım həm şəhərdə nəqliyyatın hərəkətinə maneə yaratmamaq, həm də yol örtüyünün qorunması məqsədi daşıyır: «İri yük avtomobilləri, o cümlədən TİR-lər şəhərdə nəqliyyatın hərəkətinə maneə törədir, üstəlik yol örtüyünə ziyan vurur».

Vəziyyətdən çıxış yolu olaraq iri yük avtomobillərinin şəhərə daxil olmasının qadağan edilməsi və onların gətirdiyi yükün şəhər daxilinə nisbətən kiçik yük maşınları ilə daşınması qəbul edilib. Bu məqsədlə paytaxtın müxtəlif girişlərində yük terminalları tikiləcək ki, yük maşınlarının gətirdiyi yüklər burada boşaldılaraq daha kiçik avtomobillərə yüklənəcək və şəhərə daşınacaq. Hələlik şəhərin girişlərində neçə terminalın tikiləcəyi bilinmir, amma mənbə bildirib ki, bunlar Bakının şimal və cənub girəcəyində tikiləcəyi dəqiqləşib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR