Azərbaycanlı musiqiçilər Sankt-Peterburqda keçirilən beynəlxalq festivalda çıxış ediblər

Azərbaycanlı musiqiçilər Sankt-Peterburqda keçirilən beynəlxalq festivalda çıxış ediblər
# 29 oktyabr 2012 16:14 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Rusiyanın Sankt-Peterburq şəhərində Mstislav Rostropoviçin 85 illik yubileyi ilə əlaqədar onun adını daşıyan musiqi və incəsənət məktəblərinin iştirak etdiyi beynəlxalq festival keçirilib. Festivalda Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən Bakı şəhər Rostropoviçlər adına 21 nömrəli 11 illik Musiqi Məktəbinin müəllim və şagirdləri təmsil edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Moskva və Sankt-Peterburq məktəblərinin və Fransanın Koqolin şəhərindən olan məktəbin müəllim və şagirdlərinin də iştirak etdiyi festival günlərində 21 nömrəli məktəbin şagirdləri digər şagirdlərlə birlikdə Sankt-Peterburq şəhərinin müxtəlif konsert salonlarında maraqlı konsert proqramları ilə çıxış ediblər. Şagirdlərimiz müxtəlif musiqi alətləri üzrə Azərbaycan, Qərb və Rusiya bəstəkarlarının əsərlərini məharətlə ifa edərək tamaşaçıların və festival təşkilatçılarının rəğbətini qazanıblar.

Festivalda iştirak edən məktəblərin rəhbərləri və müəllimləri arasında təcrübə mübadiləsi keçirilib, iştirakçılar üçün ekskursiyalar və mədəni proqramlar təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR