Azərbaycanın baş naziri Belarus hökumətinin nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın baş naziri Belarus hökumətinin nümayəndə heyəti ilə görüşüb
# 31 oktyabr 2012 12:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics . Azərbaycanın baş naziri Artur Rasizadə Bakıda səfərdə olan Belarusun baş nazirinin birinci müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

«APA-Economics»in məlumatına görə, qəbul zamanı hər iki ölkə başçılarının qarşılıqlı rəsmi səfərlərindən sonra Azərbaycanla Belarus arasında əlaqələrin daha intensiv xarakter aldığı xüsusi vurğulanıb. Qeyd olunub ki, son illər ciddi iqtisadi uğurlar əldə edən Azərbaycanla böyük sənaye potensialına malik Belarus arasında iqtisadiyyatın bir çox sahələri üzrə, o cümlədən, maşınqayırma, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər istiqamətlərdə əlaqələrin davam etdirilməsi hər iki tərəfin maraqlarına uyğundur. Xüsusən Gəncə Avtomobil Zavodunda həyata keçirilən müştərək layihələrin səmərəli nəticələr verdiyindən məmnunluq ifadə edilərək vurğulanıb ki, bu cür qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi üçün hər cür imkanlar mövcuddur. Qəbulda tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR