Xanlar Vəliyev oğurluqda təqsirləndirilən hərbçilərin hökmündən apellyasiya protesti verib

Xanlar Vəliyev oğurluqda təqsirləndirilən hərbçilərin hökmündən apellyasiya protesti verib
# 01 noyabr 2012 09:06 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Azərbaycan ordusunun oğurluqda təqsirləndirilən hərbçiləri Mənsur Musayev, Əhməd Bağırov, Orxan Abdullayev, Elvin Mayilov və Elxan Haqverdiyevin cinayət işi üzrə hökmdən Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin verdiyi apellyasiya protesti əsasında ilkin məhkəmə baxışı keçirilib.

APA-nın məlumatına görə, prosesdə məhkəmə baxışı noyabrın 5-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər mağazalardan dəmir barmaqlıqları sındırma yolu ilə 150 manat, ərzaq malları, mobil telefon, tütün məmulatları və spirtli içkilər oğurlayıblar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə M. Musayev 3 il müddətinə azadlıqdan məhrum edilib. O. Abdullayev min manat məbləğində cərimə olunub, digər təqsirləndirilən şəxslər isə 60 saat müddətində ictimai işlər cəzasına məhkum ediliblər. Həmin hökmdən X. Vəliyev protest verərək, cəzanın ağırlaşdırılmasını tələb edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR