ARDNŞ Gürcüstanda iki yeni stadion tikəcək
09 aprel 2012 16:51 (UTC +04:00)
Demək istəyirəm ki, Azərbaycan və Gürcüstan hökumətləri təkcə əməkdaşlıq etmir, həm də bütün sahələrdə dostdurlar. Söhbət ölkə prezidentləri, həmçinin idmançılar və idman qurumlarının rəhbərlərindən gedir”. Apasport.az saytının məlumatına görə, bunu “SOCAR-Gürcüstan” şirkətinin rəhbəri Mahir Məmmədov deyib.
AFFA İcraiyyə Komitəsinin üzvü rəhbəri olduğu şirkətlə Gürcüstan Futbol Federasiyası arasında əməkdaşlıq haqqında yeni müqavilənin imzalanmasına münasibət bildirib: “Şirkət Gürcüstan futbolunun inkişafına öz töhfəsini verəcək. Bu ölkədə futbol həmişə seçilib. Bu, beynəlxalq arenada da özünü sübut edib. Məhz buna görə Gürcüstan futboluna inkişafı üçün ona dəstək verilməsi bizim şirkət üçün də prioritet məsələlərdən olacaq. Biz də belə vəzifəni üzərimizə götürməyi daha bir yaxşı iş kimi dəyərlədiririk”.
Məmmədov və Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinavanın imzaladığı müqaviləyə əsasən, şirkət infrastrukturla bağlı məsələlərdə quruma dəstək olacaq. “SOCAR-Gürcüstan” ölkənin şərq və qərb bölgələrində 2 yeni stadion tikəcək.

İnfrastruktur
Cavanşir körpüsünün sökülməsi davam edir - FOTO
14:28
21 may 2024
“Samur”-“Yaraq-Qazmalar” buraxılış məntəqələrində avtomobil körpüsünün istismarı qaydaları müəyyənləşəcək
12:50
21 may 2024
Deputat: Rusiya, Gürcüstan, Türkiyə ilə giriş-çıxış yollarının sayı artırılmalıdır
12:47
21 may 2024
Bakı və Abşeronda avtobusların nağdsız ödənişə keçidi 14 %-dən çox artıb
15:26
20 may 2024