Azərbaycanda yaşayış binalarının seysmik dayanıqlığını yoxlamaq üçün yeni layihə hazırlanıb

Azərbaycanda yaşayış binalarının seysmik dayanıqlığını yoxlamaq üçün yeni layihə hazırlanıb
# 10 oktyabr 2012 10:47 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, yeni layihədə məqsəd baş verə biləcək zəlzələlərin nəticəsində dəyəcək ziyanı minimuma endirməkdir: “Bunun üçün hündürmərtəbəli binaların seysmodayanıqlığına nəzarət olunmalıdır. Əgər kiçik zəlzələlər zamanı bu dayanıqlıq pozulubsa, mütləq həmin binalarda bərpa işləri aparılmalıdır. Binaların seysmodayanıqlığının vəziyyəti hər kiçik zəlzələdən sonra yoxlanılmalıdır. Bununla paralel zəlzələlərin monitorinqi aparılmalı və baş verəcək təkanlar əvvəlcədən proqnozlaşdırılmalıdır. Bu iki sistem birləşdirib ümumi sistem yaratmaq və zəlzələdən nəticəsində dəyə biləcək zərərləri minimuma endirmək olar”.

T. Əliyev bildirib ki, dünyada məşhur olan Panama şirkəti bu layihədə birlikdə iştirak etməyi təklif edib: “Həmin layihə ətraflı müzakirə edildikdən sonra təqdim ediləcək. Layihəyə əsasən, tikinti obyektlərinin seysmodayanıqlığının vəziyyəti haqqında informasiya, binanın həssas nöqtələrində quraşdırılmış vericilərdən lokal sistemə ötürüləcək. Sistemin serverində həm seysmoskustik, həm də bütün lokal sistemlərdən alınan informasiya anomal seysmik proseslərin başlanması anının və nisbətən həssas tikinti obyektlərinin seysmodayanıqlığının dəyişməsinin monitorinqini həyata keçirəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR