Azərbaycan parlamenti Şəhərsalma və Tikinti Məcəlləsini qəbul edib

Azərbaycan parlamenti Şəhərsalma və Tikinti Məcəlləsini qəbul edib
# 29 iyun 2012 09:48 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Milli Məclisin bu gün keçirilən iclasında Şəhərsalma və Tikinti Məcəlləsi və bu məcəllənin qüvvəyə minməsi, bununla bağlı hüquqi tənzimləmə haqqında qanunun layihəsi üçüncü oxunuş üçün müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihənin ikinci oxunuşundan sonra bəzi dəyişikliklərin edildiyini, bu dəyişikliklərin əsasən tikintisinə icazə tələb olunmayan tikinti obyektləri ilə bağlı olduğunu deyib.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR