Bakıda axtarışda olan şəxslər saxlanılıb

Bakıda axtarışda olan şəxslər saxlanılıb
# 12 iyun 2012 08:47 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda axtarışda olan şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Rauf Korobeynikov tutulub.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz keçirmə) maddəsi ilə axtarışda olan Pərviz Xanzadə saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Rauf Əhmədov həbs edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR