«Standard&Poor’s» agentliyi «Azərbaycan Dəmir Yolları» QSC-yə «BB+» səviyyəsində reytinq verib

«Standard&Poor’s» agentliyi «Azərbaycan Dəmir Yolları» QSC-yə «BB+» səviyyəsində reytinq verib
# 22 iyun 2012 09:45 (UTC +04:00)
«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Agentliyin rəsmi məlumatında deyilir.

Məlumata əsasən, reytinqin verilməsində 100%-lik dövlətə məxsus olan QSC-nin ölkə iqtisadiyyatı üçün çox vacib olması, onun inhisarçı mövqeyinə malik olması, hökumətin müxtəlif investisiya proqramlarında iştirak etməsi, şirkətin tam şəkildə dövlətə məxsus olması və ortamüddətli perspektivdə onun özəlləşdirilməyəcəyini nəzərdə tutur.

«Standard&Poor’s» bildirir ki, QSC-nin inhisarçı mövqeyi və rentabelliyinin yüksək olması onun biznes risklərinin səviyyəsinə müsbət təsir edir. Agentlik əsas riskləri QSC-nin infrastrukturun və qatarların köhnəlməsi və nəqliyyatın digər sahələri tərəfindən müəyyən dərəcədə rəqabətində görür. Reytinq üzrə «Sabit» proqnoz şirkətin əsas kapital qoyuluşlarının dövlət vəsaitləri hesabına həyata keçirilməsi və QSC tərəfindən tarifləri yüksəltməklə gəlirləri artırmaq imkanlarını əks etdirir. Agentlik bildirir ki, reytinqin aşağı salınması hökumətdən QSC-yə zəruri dəstəyin vaxtında verilməməsi və ya ölkənin müstəqil reytinqinin aşağı salınması ilə əlaqəli ola bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR