Hicran Hüseynova: “Gender bərabərliyi” haqqında qanun 2006-cı ildə qəbul olunsa da, heç bir qadın bu qanuna müraciət eləmir” - FOTO

Hicran Hüseynova: “Gender bərabərliyi” haqqında qanun 2006-cı ildə qəbul olunsa da, heç bir qadın bu qanuna müraciət eləmir” - <font color=red>FOTO</font>
# 23 oktyabr 2012 09:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Azərbaycanda qadın hüquqları ilə bağlı çox güclü qanunvericilik bazası var. Amma onların icra vəziyyəti çox zəifdir”. APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova rəhbərlik etdiyi qurumun Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə birlikdə keçirdiyi “Qadın hüquqları üzrə” bələdçi kitabının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, qadınların öz hüquqlarını bilməsi çox önəmlidir: “Gender bərabərliyi” haqqında qanun 2006-cı ildə qəbul olunub. Əfsuslar olsun ki, bu problemlə bağlı məsələ qaldırılanda heç bir qadın bu qanuna müraciət eləmir. Bu o deməkdir ki, qanunları dərk eləyən əhalinin sayı azdır və bu, yenidən həmin məsələyə qayıtmaq ehtiyacı yaradır”.

Komitə sədri deyib ki, kitaba Azərbaycanda qadın hüquqların dair qəbul edilən qanunlar və qanuncvericiliyə dəyişikliklər daxil edilib. Əsas məqsəd bir daha əhalinin diqqətini həmin qanunlara, qadın problemlərinə yönəltməkdir. Səkkiz bölmədən ibarət olan kitabda ailə münasibətlərində qadın hüquqları, qadınların əmək hüquqları, məişət zorakılığına qarşı qanunvericilikdə əks olunan müddəalar verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR