İranın Atom Enerjisi Təşkilatının rəhbəri: “Gizli enerji mənbələrimiz olduğundan “Fordo”da zərərlə üzləşmədik”

İranın Atom Enerjisi Təşkilatının rəhbəri: “Gizli enerji mənbələrimiz olduğundan “Fordo”da zərərlə üzləşmədik”
# 18 sentyabr 2012 23:52 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran Qum şəhəri yaxınlığındakı “Fordo” nüvə obyektində ayıq-sayıqlığı nəticəsinə təxribatın qarşısını ala bildi”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Firidun Abbasi AEBA-nın icraçı direktoru Yukiya Amano ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, “Fordo”dakı avadanlıqların boşluğunda mərci dənəsi boyda partlayıcı maddə yerləşdirilmişdi: “Bu partlayıcı maddə avadanlığını mehvərini deşə bilərdi. Mehvərin deşilməsi isə sentrifuqaların məhv olması deməkdir”. F. Abbasi deyib ki, İran ötən 3-4 il ərzində bazardan 200-dən çox belə avadanlıq alıb: “Onlar bu avadanlığı öz obyektlərimizdə yerləşdirməyimizi gözləyirdilər. Çünki təxribatın nəticəsini görmək istəyirdilər. Ancaq biz bu təxribatçılıqla mübarizə apardıq və öz sentrifuqalarımızın sayını artıra bildik. Təəssüflər olsun ki, agentlik asanlıqla İranın verdiyi məlumatları təxribatçıların və terrorçuların ixtiyarına verir”. F. Abbasi “Fordo”ya elektrik enerjisinin verilişinin dayandırılması hadisəsinə də toxunub: “Sentrifuqalar elektrik enerjisinin kəsilməsi nəticəsində dövriyyədən çıxa bilərlər. Lakin bu problemlə əvvəlcədən üzləşdiyimiz üçün “Nətənz” nüvə obyektində xüsusi stabilizatorlardan istifadə etməklə lazımi tədbirləri gördük və təxribatın qarşısını aldıq. İranın nüvə obyektlərində təxribatçılığa çalışanların diqqətinə çatdırırıq ki, bizim gizli enerji mənbələrimiz var. Bu baxımdan “Fordo”da heç bir zərərlə üzləşmədik. Biz qarşı tərəfi daha artıq mübarizəyə dəvət edirik. Çünki yeni bir şey öyrənir və beynəlxalq ictimaiyyətin ixtiyarına veririk. Biz artıq ölkələr üçün agentlikdə təxribatla mübarizə istiqamətində təlim kursları təşkil edə və dünyada nüvə təhlükəsizliyi səviyyəsinin yüksəldilməsinə çalışa bilərik”. O vurğulayıb ki, Y. Amano ilə görüşdə ona Tehran səfəri zamanı xatırladılan AEBA İdarə Heyətinə İranla bağlı hesabatlar verməməsi və həmin sənədin internetdə yerləşdirilməsi ilə bağlı məsələlərdən çəkinməsi bir daha istənilib: “Eyni zamanda bildirdim ki, İran üçün mövcud olan təhlükə və regionun şəraitini nəzərə alaraq öz nailiyyətlərimizi bərabər şəraitdə müdafiə etməyimizə icazə versin. Bundan əlavə, Y. Amanodan İranın düşməni olan İsrailin uran zənginləşdirilməsi obyektlərinin sayı və coğrafi xüsusiyyətlərini bizim ixtiyarımıza verməsini istədim. Çünki zərbə vurmaq üçün şərait bərabər olmalıdır”. F. Abbasi əlavə edib ki, AEBA icraçı direktorunun hesabatlarında İranın nüvə obyektlərindəki sentrifuqaların sayı barədə məlumat verilir və bu da təxribat törətmək niyyətində olanların lazımi informasiyalar əldə etməsinə gətirib çıxarır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR