Azərbaycanda BMT əməkdaşının anasının qətlə yetirməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib

Azərbaycanda BMT əməkdaşının anasının qətlə yetirməkdə təqsirləndirilən şəxs məhkəmədə ifadə verib
# 03 sentyabr 2012 13:20 (UTC +04:00)
APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsində qeyd edib ki, özünü ittiham aktı üzrə təqsirli bilir: “Həmin gün yaşadığım mənzildən aşağı düşəndə gördüm ki, üçüncü mərtəbədəki evin qapısı açıqdır. Bu zaman evin sahibəsi Elmira İsmayılova məni gördü. Mən də onu bıçaqladım. Daha sonra əl izini itirmək üçün evə benzin töküb, od vurdum. Evi yandırmamışdan əvvəl evdən pul axtardım, lakin heç nə tapa bilmədim”.

Daha sonra prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi Elmira İsmayılovanın oğlu Fuad Hüseynov ifadə verib. O, təqsirləndirilən şəxsin ailəsi ilə 35 il qonşu olduqlarını bildirib: “Mənim anam onun müəlliməsi olub. Hər zaman anam onlara əl tuturdu. Ona ən ağır cəzanın verilməsini tələb edirəm. Bu vəhşiliyə heç bir ad vermək mümkün deyil”.

Prosesin növbəti iclası sentyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, 23 yaşlı Natiq Hümbətov fevralın 17-də 74 yaşlı Elmira İsmayılovanı qarət məqsədi ilə qətlə yetirib. N. Hümbətov istintaqa verdiyi ifadəsində qadını öldürmək üçün mənzilə daxil olanda özü ilə benzin də götürdüyünü bildirib. Qadını yaşadığı evin mətbəxində öldürdükdən sonra N. Hümbətov izi itirmək məqsədi ilə mənzili yandırmaq qərarına gəlib. Bu niyyətlə o, özü ilə gətirdiyi benzini meyitin üzərinə və otaqlara töküb. N. Hümbətov meyitə od vuraraq evdə olan 25 min manat pulu götürmək istəyib. Lakin alov sürətlə bütün evi bürüyüb, yanğından təlaşa düşən N. Hümbətov pulu götürmədən evdən çıxıb.

Xatırladaq ki, qətlə yetirilən qadın BMT-nın Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR