Azərbaycanda 51 yaşlı kişi beşmərtəbəli binanın damından yıxılaraq ölüb

Azərbaycanda 51 yaşlı kişi beşmərtəbəli binanın damından yıxılaraq ölüb
# 13 fevral 2012 07:43 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan paytaxtında bədbəxt hadisə baş verib. Nizami rayon prokurorunun köməkçisi Mobil Şəfiyev APA-ya bildirib ki, hadisə rayonun T. Abbasov küçəsi -18 ünvanında qeydə alınıb. Sumqayıt şəhər sakini, 1961-ci il təvəllüdlü Rəcəbov Elçin Cəlali oğlu beşmərtəbəli binanın damından yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR