Rusiya müdafiə nazirliyi Suriyada hərbi təlimlər keçirəcəyi barədə xəbərləri təkzib edib

Rusiya müdafiə nazirliyi Suriyada hərbi təlimlər keçirəcəyi barədə xəbərləri təkzib edib
# 19 iyun 2012 17:51 (UTC +04:00)
Bakı-APA. “Suriya ərazisində Rusiyanın iştirakı ilə hər hansı irimiqyaslı hərbi təlimlər keçirilməyəcək”.
APA-nın İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya müdafiə nazirliyinin açıqlamasında deyilir.
Bildirilir ki, bir necə kütləvi informasiya vasitələrinin təlimlər barədə yaydığı xəbərlər “dezinformasiya xarakteri daşıyır və Suriyada vəziyyətin daha da gərginləşməsinə xidmət edir”.
Qeyd edək ki, “Əl-Ərəbiyyə” və digər telekanalların yaydığı məlumatda deyilirdi ki, yaxın vaxtlarda Rusiya, Çin və İran hərbçilərin iştirakı ilə Suriya ərazisində hərbi təlimlər keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR