Suriyada pravoslav keşiş oğurlanaraq öldürülüb

Suriyada pravoslav keşiş oğurlanaraq öldürülüb
# 25 oktyabr 2012 19:27 (UTC +04:00)
Bakı-APA. Suriyanın Katana şəhərində Antioxiya pravoslav kilsəsinin keşişi naməlum şəxslər tərəfindən oğurlanaraq öldürülüb.

Keşiş Fadi əl-Həddad ötən həftə terrorçular tərəfindən oğurlanmış iki şəxsin pul müqabilində azad olunması əməliyyatı zamanı oğurlanıb. Başından güllə ilə vurularaq öldürülmüş keşişin cəsədi Katanadan 12 km məsafədə Dəməşq və Kuneytra şəhərləri arasındakı yolda tapılıb. Digər oğurlanmış insanların taleyi barədə heç nə məlum deyil.

Suriya müxalifəti bu qətldə hökumətyönümlü «Şəbihə» qruplaşmasını günahlandırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR