Azərbaycanın cəbhə rayonunda qumbara alışdırıcısı partlayıb, bir nəfər xəsarət alıb

Azərbaycanın cəbhə rayonunda qumbara alışdırıcısı partlayıb, bir nəfər xəsarət alıb
# 14 sentyabr 2012 09:25 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Goranboy rayonunda partlayış baş verib. Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib.

Hadisə sentyabrın 13-də Goranboy rayonunun Şəmmədli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Vasif İsmayılov küçədən tapdığı qumbara alışdırıcısı ilə ehtiyatsız davrandığından partlayış baş verib. Nəticədə V. İsmayılov sol əlini itirib.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR