Polşada «Azərbaycan mədəniyyətinin elmi təqdimatı» adlı tədbir keçiriləcək

Polşada «Azərbaycan mədəniyyətinin elmi təqdimatı» adlı tədbir keçiriləcək
# 31 oktyabr 2012 10:46 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Noyabrın 5-7-də Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə Polşanın Varşava Universiteti, Polşa Şərq Araşdırmalar Mərkəzi, habelə F.Şopen adına Dövlət Musiqi Universitetində Azərbaycan-Polşa diplomatik əlaqələrinin yaranmasının 540 illiyi ilə əlaqədar «Azərbaycan mədəniyyətinin elmi təqdimatı» adlı tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirin təşkili üçün nazirliyin Elm və təhsil şöbəsinin Elmi metodiki sektorunun müdiri Asif Usubəliyev, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə və Azərbaycan Milli Konservatoriyasının dosenti İlham Nəcəfov Varşava şəhərinə ezam olunacaqlar.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun iştirakı ilə keçiriləcək tədbirlərdə universitetlərin müəllim-professor və tələbə heyətindən ibarət olan dinləyicilərə «Azərbaycanda həyata keçirilən mədəniyyət siyasətinin strateji prioritetləri», «Beynəlxalq elmi əməkdaşlıq və Azərbaycanda ictimai elmlərin inkişafı» və «Azərbaycan nəfəsli alətlərin antologiyası» mövzuları ətrafında mühazirələr oxunulacaq və geniş müzakirələr aparılacaq. Əlavə olaraq qeyd olunan universitetlərin və Elmi Araşdırmalar Mərkəzinin rəhbərliyi ilə əməkdaşlıq əlaqələrin yaradılması və birgə layihələrin həyata keçirilməsi ətrafında danışıqların aparılması da nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR