Dow Jones indeksi 0,3% yüksəlib, S&P 500 0,03%, Nasdaq 0,4% enib

Dow Jones indeksi 0,3% yüksəlib, S&P 500 0,03%, Nasdaq 0,4% enib
# 08 oktyabr 2012 07:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Oktyabrın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 13 610 bəndədək yüksəlib, S&P 500 0,03% - 1 461 bəndədək, Nasdaq 0,4% - 3 136 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına bir sıra amillər təsir edib. Belə ki, ölkədə işsizlik səviyyəsinin 43 ay ərzində ilk dəfə olaraq 8%-dən aşağı düşməsi bazara yüksəldici, bir sıra şirkətlər barədə mənfi hesabatlar isə endirici təsir göstərib.

Avropa fond bazarlarında oktyabrın 5-də FTSE 100 indeksi 0,7% - 5 871 bəndədək, Almaniya DAX-ı 1,3% - 7 398 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3 457 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% azalaraq 1 780,8 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3040 (+0,2%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR