Siyəzəndə kərpic sexində çalışan gənc ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

Siyəzəndə kərpic sexində çalışan gənc ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib
# 07 aprel 2012 13:49 (UTC +04:00)
Siyəzən. Vəli Turan - APA. Siyəzən rayon sakini, 1990-cı il təvəllüdlü Sahib Qafarov işlədiyi kərpic sexində bədbəxt hadisə nəticəsində ağır bədən xəsarətləri alıb.
APA-nın bölgə müxbirinin verdiyi məlumata görə, o, sexdə içərisində kərpic olan dəmir konstruksiyalı daşıyıcı qurğunu hərəkət etdirən zaman hasarla qurğu arasında qalıb. Aparat onun baş nahiyəsini divara sıxıb. S.Qafarov Siyəzən regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona kəllə beyin travması və baş beynin əzilməsi diaqnozu qoyulub.
Tibb müəssisəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, təcili tibbi yardımdan sonra Sahib Qafarov Sumqayıt şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.
Hadisənin baş verdiyi kərpic sexinin sahə rəisi Gəncəli Qasımov bildirib ki, hadisə Sahib Qafarovun səhvi ucbatından baş verib. Onun sözlərinə görə, xəsarət alan şəxs təhlükəsizlik qaydalarına riayət etməyib. Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR