Beynəlxalq Muğam Mərkəzində “Sarı gəlin” sənədli filminin təqdimatı keçirilib- FOTOSESSİYA

Beynəlxalq Muğam Mərkəzində “Sarı gəlin” sənədli filminin təqdimatı keçirilib- <font color=red>FOTOSESSİYA</font>
# 12 iyun 2012 16:40 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün Beynəlxalq Muğam Mərkəzində “Ankaf” şirkətinin istehsal etdiyi “Sarı gəlin” sənədli filminin təqdimatı keçirilib. APA-nın xəbərinə görə, Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və “Güven Klinik”in dəstəyi ilə təşkil olunan tədbir zamanı filmin müəllifləri tamaşaçıların diqqətinə mədəni irsimizin nümunələrindən olan qədim mahnını elmi araşdırmalar baxımından təqdim edib.

Tədbiri teleaparıcı Nərgiz Cəlilova idarə edib. Filmin yaradıcı heyəti səhnəyə dəvət olunub və təqdim edilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayav çıxış edərək bu cür layihələrin Azərbaycan mədəniyyətinə təcavüz edənlərə bir cavab olduğunu deyib: “Bu cür layihələr “Sarı gəlin”in məhz bizə məxsus olduğunu vurğulayır. Bundan sonra da mədəniyyətimizi oğurlayanlara deyiləsi sözümüz olacaq”.

Təqdimatda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Başqırdıstan, Xakas Respublikası və Qaqauz Yerini (Moldova) təmsil edən folklor kollektivləri “Sarı gəlin” mahnısımı öz dillərində, hər xalqın özünə məxsus musiqi alətində ifa ediblər.

Qonaqlara “Sarı gəlin” mahnısının tarixini əks etdirən və onun Azərbaycana məxsus olduğunu sübut edən kitab hədiyyə edilib. Sonra ikin hissədən ibarət film nümayiş olunub.

Qeyd edək ki, filmin baş prodüseri və layihənin rəhbəri Nazim Abdullayev, ssenari müəllifi İdris Heydərli, rejissoru Rövşən Nicatdır. Film xeyriyyəçi Nazim Abdullayevin təşəbbüsü ilə çəkilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR