İndoneziya Xarici İşlər Nazirliyinin nümayəndəsi Şərqşünaslıq İnstitutunda olub - FOTO

İndoneziya Xarici İşlər Nazirliyinin nümayəndəsi Şərqşünaslıq İnstitutunda olub - <font color=red>FOTO</font>
# 09 oktyabr 2012 09:19 (UTC +04:00)
Bakı-APA. Bu günlərdə Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş İndoneziyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi, həmin ölkənin parlamentlərarası birliyinin sədr müavini, Qadın Məsələləri Komitəsinin rəhbəri Nuhayati Ali Asseqaf AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. İnstitutdan APA-ya verilən məlumata görə, onu İndoneziyanın Azərbaycandakı səfirliyinin müşaviri Aqus Trimartono müşayiət edib. N.A.Assqeqaf Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva və institutun «Mərkəzi Asiya və Uzaq Şərq ölkələri» şöbəsinin əməkdaşları ilə görüşüb.
Qonaq iştirak etdiyi Forum və tədbirdən sonrakı Gəncə səfərindən danışaraq bütün bunların onda dərin təəssüratlar yaratdığını, Azərbaycanın təbiətinə, tarixi memarlıq abidələrinə, adət-ənənələrinə, muğam sənətinə, mədəniyyətinə valeh olduğunu deyib.

N.A.Asseqaf ölkəmizdə Şərqin öyrənilməsinə də böyük marağı olduğunu qeyd edərək, Şərqşünaslıq İnstitutuna gəlib bu işlərlə tanış olmasından məmnunluğunu bildirib.

Gövhər Baxşəliyeva qonağa Azərbaycan elmi, AMEA və Şərqşünaslıq İnstitutu barədə məlumat verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR