Türkdilli Ölkələrin İnkişaf Fondu yaradılacaq
14 avqust 2012 12:11 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, dünən isə görüşə hazırlıq məqsədilə Əməkdaşlıq Şurasının işçi qruplarının 2-ci iclası keçirilib.
İclasda bir sıra təkliflər irəli sürülüb. Belə ki, toplantıda Türkdilli dövlətlərin İnkişaf Fondunun yaradılması təklif edilib. Hazırda Türkdilli Ölkələrin İnkişaf Fondunun yaradılması haqqında saziş layihəsi, Fondun Nizamnaməsinin layihəsi müzakirə olunur. Qeyd edək ki, Türkdilli Ölkələrin İnkişaf Fondunun qərargahının Bakıda yerləşməsi təklif olunur.
Ümumilikdə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sərmayə mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın diversifikasiyası, nəqliyyatın inkişafı və sahibkarlıq üzrə 4 işçi qrupu fəaliyyət göstərir. İşçi qruplarının 2-ci iclasında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət və özəl sektoru təmsil edən nümayəndələri tərəfindən müvafiq sahələr üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, İqtisadiyyat Nazirlərinin 2-ci görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında təmsil olunan ölkələrin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın iqtisadiyyat nazirləri, eləcə də dövlət və özəl sektoru təmsil edən nümayəndələr iştirak edir.
Görüşün sonunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində iqtisadi əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Bişkek Zirvə Görüşü üçün tövsiyələrin qəbul olunması gözlənilir.

Maliyyə
Zakir İbrahimov: Qızıl sikkələr "AzerGold" üçün əlavə gəlir mənbəyi formalaşdırıb
15:56
22 may 2024
Birbank-dan daha bir yenilik: Ninja təklifi artıq mobil tətbiqdə
15:55
22 may 2024
Azərbaycan vergi üzrə Çoxtərəfli Konvensiyaya qoşulacaq
15:00
22 may 2024
Ötən ay Azərbaycanda nağdsız ödənişlərin həcmi 6.1 mlrd. manata yüksəlib
14:57
22 may 2024