Vətəndaşları işə düzəltmək adı ilə külli miqdarda pul mənimsəyən şəxsin cəzası yüngülləşdirilib

Vətəndaşları işə düzəltmək adı ilə külli miqdarda pul mənimsəyən şəxsin cəzası yüngülləşdirilib
# 01 noyabr 2012 08:39 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində vətəndaşları işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən İqbal Camalovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunub. Onun cəzası 8 ildən 3 ilə endirilib.

Qeyd edək ki, İ. Camalov vətəndaşları işə düzəltmək adı ilə 25000 manat pul mənimsəyib. Vətəndaşların şikayəti əsasında İ. Camalovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb və barəsində axtarış elan olunub. İ. Camalov Qazax rayonunda sərhədi keçərkən tutub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Camalov 8 il müddətinə azadlıqdan məhrum edilib. Lakin hökmlə razılaşmayan İ. Camalov cəzanın yüngülləşdirilməsi üçün apellyasiya şikayəti verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR