Moskvada Azərbaycan və erməni diaspor nümayəndələrinin görüşü başlayıb

Moskvada Azərbaycan və erməni diaspor nümayəndələrinin görüşü başlayıb
# 23 oktyabr 2012 09:27 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüş Moskvanın “Prezident” hotelində keçirilir.

Görüşün keçirilməsində məqsəd Rusiyadakı Azərbaycan və erməni cəmiyyətlərinin, diasporunun millətlərarası sülhün bərqərar olunmasında artan rolunu, Rusiya prezidenti Vladimir Putinin milli siyasət strategiyası layihəsinin müzakirəsi, milli KİV-in çoxmillətli Rusiya cəmiyyətinin konsolidasiyasında rolunu müzakirə etməkdir.

Görüşdə “Azərros” Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqov, “Azərbaycan Konqresi” qəzetinin baş redaktoru Rüstəm Arifcanov, “Tribuna” qəzetinin baş redaktoru Rəfael Hüseynov, Moskva Hökuməti yanında Milli KİV üzrə Komissiyanın sədri Cəmil Sadıqbəyov, Azərbaycan Beynəlxalq Bankının Moskva filialının direktor müavini Azər Səfərov və Azərbaycan diasporunun nümayəndələri iştirak edir.

Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasovun adı siyahıda olsa da, o,
görüşə qatılmayıb.

Ermənistan tərəfdən görüşə Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan, SSRİ xalq artisti Armen Ciqarxanyan, Rusiya Erməni İttifaqının vitse-prezidenti Vyaçeslav Qalustyan, “Armeniya i mir” jurnalının baş redaktoru Lusik Qukasyan, Ermənistanın Rusiyadakı sabiq səfiri Armen Sımbatyan, bu ölkənin Moskvadakı səfirinin köməkçisi və başqaları iştirak edir.

Qeyd edək ki, görüş “Azərros” Federal Milli Mədəni Muxtariyyəti və Rusiya-Azərbaycan Təşkilatları İttifaqının təşəbbüsü ilə təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR