Xaçmazda ev yanıb

Xaçmazda ev yanıb
# 21 sentyabr 2012 11:17 (UTC +04:00)
Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda iki mərtəbəli yaşayış evində yanğın baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonunun Niyazabad kənd sakini 81 yaşlı Novruz Əzimova məxsus yaşayış evi yanıb. Yanğının söndürülməsinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hadisə nəticəsində evdə olan sənədlər və 1000 manat nağd pul da yanıb. Ev sahibinin sözlərinə görə, pulu və sənədləri çıxarmaq istəyəndə özü də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR