AZAL iyunun 1-dən Bakı-Qəbələ aviareysini açır

AZAL iyunun 1-dən Bakı-Qəbələ aviareysini açır
# 30 may 2012 06:48 (UTC +04:00)
AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, iyunun 1-dən etibarən AZAL Bakı-Qəbələ-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayacaq. Uçuşlar hər həftənin V və VII günləri yerinə yetiriləcək. Sözügedən marşrut üzrə təyyarə Bakıdan saat 17:45-də havaya qalxacaq və artıq saat 18:30-da Qəbələdə enəcək. Əks istiqamətdə isə avialayner saat 19:10-da qalxacaq və saat 19:55-də Bakıda enəcək. Bu marşrut üzrə uçuşlar mövsümi xarakter daşıyır və reyslər oktyabrın 27-dək həyata keçiriləcək.

«ATR-72» tipli avialaynerlə yerinə yetirilən Bakı-Qəbələ aviareysinə bir biletin qiyməti 48 manat, hər iki istiqamətə isə 96 manat təşkil edir.

Qeyd edək ki, hazırda AZAL ölkə daxilində Bakı-Naxçıvan, Bakı-Gəncə, Bakı-Zaqatala, Bakı-Lənkəran və Gəncə-Naxçıvan aviareysləri üzrə uçuşlar həyata keçirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR