“BP-Azərbaycan” şirkəti gənc neft-qaz mühəndisləri üçün yeni təlim proqramını təqdim edib - FOTO

“BP-Azərbaycan” şirkəti gənc neft-qaz mühəndisləri üçün yeni təlim proqramını təqdim edib - <font color=red>FOTO</font>
# 04 sentyabr 2012 15:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda “BP-Azərbaycan” şirkəti tərəfindən gənc neft-qaz mühəndisləri üçün yeni təlim proqramının rəsmi təqdimat mərasimi keçirilib.

APA-Economics”in xəbərinə görə, tədbirdə bildirilib ki, bir neçə milyon dollar dəyərində olan bu proqram BP-yə qoşulan neft və qaz ixtisaslı yerli məzunların bacarıqlarının inkişafına dəstək məqsədi daşıyır.

BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir qeyd edib ki, proqramın ilk iştirakçıları yerüstü mühəndislik, geologiya-geofizika və quyular üzrə ixtisaslaşan 55 yerli mütəxəssis olacaq: “Onların hamısı 2011-ci ildə BP şirkətinin neft-qaz ixtisaslı məzunlar üçün elan etdiyi iş yerlərinə ərizə vermiş təxminən 1000 nəfər arasından seçilib. Bu proqram gənc neft-qaz mühəndislərinin əsasən texniki sahələrdə və biznes üzrə biliklərini, ünsiyyət və ingilis dili bacarıqlarını dərinləşdirməyə kömək etmək üçün hazırlanıb”.

R.cavanşir bildirib ki, hazırda “BP-Azərbaycan” şirkətində çalışan peşəkar işçi heyətinin 86%-i Azərbaycan vətəndaşlarıdır: “Gələcəkdə bu göstəricinin 90%-ə çatdırılması gözlənilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR