Dövlət Neft Şirkətinin sərbəstləşdirilən işçilərinə yeni işlər təklif olunur

Dövlət Neft Şirkətinin sərbəstləşdirilən işçilərinə yeni işlər təklif olunur
# 22 oktyabr 2012 14:32 (UTC +04:00)
Bakı – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) müəssisə və təşkilatlarında aparılan struktur dəyişiklikləri ilə əlaqədar olaraq sərbəstləşdirilən işçilərin məşğulluğunun təmin edilməsi məqsədi ilə keçirilən görüşlər davam etdirilir.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 15-19-da ARDNŞ-in İnsan resursları Departamentində Şirkətin müəssisələrində aparılan struktur dəyişiklikləri ilə əlaqədar olaraq sərbəstləşdirilən işçilərin səmərəli yerləşdirilməsi məsələsinə həsr olunmuş görüşdə sərbəstləşdirilmiş daha 50 nəfər işçiyə Dövlət Neft Şirkətinin müvafiq strukturlarında ixtisas və peşələrinə uyğun mövcud vakansiyalar üzrə iş təklif olunub və onlar təklifləri qəbul ediblər. Hazırda həmin 50 nəfərin şirkətin müxtəlif strukturlarında işə götürülməsi ilə bağlı sənədləşdirmə işləri aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR