Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək

Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək
# 30 oktyabr 2012 08:22 (UTC +04:00)
APA-nın məlumatına görə, qonaqlar noyabrın 2-də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Yeni Azərbaycan Partiyası baş katibinin müavini, millət vəkili Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İnsan Haqları İdarəsinin rəisi Əlimirzamin Əsgərov, Avronest nümayəndə heyəti, habelə Azərbaycanın vətəndaş cəmiyyətinin fəalları ilə görüşəcəklər.

Növbəti gün nümayəndə heyəti helikopterlə Ağdamda yerləşən məcburi köçkün qəsəbəsinə gedəcək. Elə həmin gün qonaqların Şirvanşahlar Sarayı, Qız Qalası və “Baku Crystal Hall”la tanışlığı gözlənilir.

Səfərin sonuncu günü qonaqların bəzi müxalifət partiyaları - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa ilə görüşü nəzərdə tutulur. Həmin gün həmçinin ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovla görüşnəzərdə tutulur.

Avropa Parlamentinin siyasi məsləhətçilərindən ibarət nümayəndə heyətinin səfəri noyabrın 3-də başa çatacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR