Kanute İsrailə qarşı çıxdığı üçün cəzalandırıldı

Kanute İsrailə qarşı çıxdığı üçün cəzalandırıldı
# 10 yanvar 2009 08:44 (UTC +04:00)
Bakı – APA. İspaniya Futbol Federasiyası “Sevilya” klubunun futbolçusu Frederik Kanuteni cəzalandırıb. Apasport.az saytının məlumatına görə, federasiyanın Nizam-İntizam Komitəsi malili oyunçunu 3 min avro cərimələyib. Buna 32 yaşlı hücumçunun “Sevilya” – “Deportivo” qarşılaşmasında yol verdiyi hərəkətlər səbəb olub. Belə ki, həmin görüşdə formasını çıxardan Kanute üstündə “Fələstin” yazılan geyimini dünyaya nümayiş etdirib. İsrailin Fələstinə qarşı apardığı mübarizəyə qarşı çıxan futbolçunun idman qaydalarından kənara çıxması ona 3 min avroya başa gələcək. “Futbolçular meydanda olduğu vaxt dini və siyasi çağırışlara yol verə bilməz” maddəsinə zidd hərəkət edən Kanute oyunun gedişində də sarı vərəqə ilə cəzalandırılmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR