AMEA Fəlsəfə və Hüquq İnstitutunda Aida İmanquliyevanın 75 illik yubileyi qeyd olunub

AMEA Fəlsəfə və Hüquq İnstitutunda Aida İmanquliyevanın 75 illik yubileyi qeyd olunub
# 10 oktyabr 2014 12:54 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda görkəmli şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru Aida İmanquliyevanın anadan olmasının 75-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

İnstitutun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbirdə institutun direktoru İlham Məmmədzadə Aida İmanquliyevanın Azərbaycan qadınına örnək həyat yaşadığını söyləyib. Atası, görkəmli jurnalist, əməkdar elm xadimi Nəsir İmanquliyev kimi onun da Azərbaycan tarixində müstəsna xidmətləri olduğunu dilə gətirib.

Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin müdiri Həsən Əlibəyli alimin ömür yolundan və elmi-pedaqoji fəaliyyətindən danışıb, onun haqqında xatirələrini bölüşüb. O, A.İmanquliyevanın qazandığı elmi nailiyyətlərdən bəhs edərkən alimin ərəb ədəbiyyatının tədqiqində gördüyü işləri xüsusilə vurğulayıb. Bildirib ki, alim yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasında əvəzsiz rol oynayıb, Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi illərdə təşkilatçılıq fəaliyyəti ilə də məşğul olub.

İnstitutun elmi işlər üzrə direktor müavini Bəhram Zahidov A.İmanquliyevanın ilk azərbaycanlı ərəbşünas qadın olduğunu, Azərbaycanda şərqşünaslıq elminin inkişafında böyük xidmətlər göstərdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR