Rusiya Xarici İşlər Nazirliyi bütün münaqişə iştirakçılarını “Olimpiya sülhü” elan etməyə çağırıb

Rusiya Xarici İşlər Nazirliyi bütün münaqişə iştirakçılarını “Olimpiya sülhü” elan etməyə çağırıb
# 06 fevral 2014 09:06 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in saytında yerləşdirilmiş bəyanatda deyilir.

“Olimpiya sülhü” dünyadakı münaqişələrin iştirakçılarına atəşkəs əldə etməyə, mülki əhalinin əzablarına son qoymağa və BMT nizamnaməsində yer alan prinsiplər əsasında böhranların həlli üçün siyasi prosesin başlanılmasına imkan verəcək”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, “Olimpiya sülhü”nün elan edilməsi ənənəsi dərin tarixi köklərə malikdir. Qədim Yunanıstanda Olimpiya oyunları zamanı istənilən müharibə və münaqişələrə son qoyulurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR