Məşhur aktyor Lev Durov vəfat edib

Məşhur aktyor Lev Durov vəfat edib
# 20 avqust 2015 07:10 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, L. Durov uzun sürən xəstəlikdən sonra avqustun 20-nə keçən gecə dünyasını dəyişib. Onun qızı Yekaterina Durova atasının Moskva vaxtı ilə saat 00.50-də müalicə olunduğu xəstəxananın reanimasiya şöbəsində keçindiyini açıqlayıb.

Avqustun 7-də L. Durov ürəyindəki problemlə əlaqədar xəstəxanaya aparılıb. O, huşunu itirib və ürəyi faktiki olaraq dayanıb. Ona ağır pnevmoniya diaqnozu qoyulub.

L. Durov 1931-ci il dekabrın 23-də Moskvada doğulub. 1967-ci ildən etibarən Malaya Bronnaya küçəsində yerləşən Moskva Dram Teatrında çalışmağa başlayıb. 200-dən çox filmə çəkilib. İlk filmi 1955-ci ildə Leonid Malyuqinin “Dobroye utro” filmi olub. L. Durov “Semnadtsat mqnoveniy vesnı”, “Stariki-razboyniki”, “Ya şaqayu po Moskve”, “Bolşaya peremena” kimi populyar filmlərdə rol alıb. Aktyor “Azərbaycanfilm” Kinostudiyasında çəkilən və Polad Bülbüloğlunu baş rol oynadığı “Qorxma, mən səninləyəm” filmində San Sanıç rolunu canlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR