Gəncədə baş verən yol qəzasında iki nəfər xəsarət alıb

Gəncədə baş verən yol qəzasında iki nəfər xəsarət alıb
# 12 mart 2014 10:41 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində 2 yol-nəqliyyat hadisəsi baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, 2 nəfərin yaralanması ilə nəticələn yol qəzası gecə saat 00.30 radələrində şəhərin Heydər Əliyev prospekti ilə Fərhad Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. Şəhər sakini Vidadi Aslanov idarə etdiyi “VAZ-2107” markalı maşınla dəmir yol vağzalı istiqamətində yüksək sürətlə hərəkədə olarkən işıqforun qırmızı işığında dayanan Teymur Kərimovun idarə etdiyi “VAZ-21099” markalı avtomobillə çırpılıb.

Avtomobillər yararsız hala düşüb, hər iki sürücü müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Xəstəxanada verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır. İlkin ehtimallara görə, qəzaya səbəb “VAZ-2107”-nin yüksək sürətlə hərəkət etməsi və sürücü Vidadi Aslanovun sərxoş olması olub.

Digər hadisə isə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Gürcüstan vətəndaşı Akif Məmmədov idarə etdiyi “Opel” markalı minik maşını şəhər sakini Amid Abbasovun idarə etdiyi “QAZ -24” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Qəzanın baş verməsinə səbəb kimi “Opel”in yüksək sürətlə hərəkət etməsi göstərilir. Hər iki faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR